Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, fevralın 21-i və 22-də ölkə ərazisində qeydə alınmış 116 cinayət hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb.
Postxronika.az xəbər verir ki, müxtəlif əsaslarla axtarışda olan cəmi 78 nəfər, o cümlədən 42 borclu şəxs saxlanılaraq müvafiq qurumlara təslim edilib. Ötən iki gün ərzində narkotik vasitələrlə bağlı 49, qanunsuz silah-sursatın aşkarlanması istiqamətində isə 53 fakt müəyyən olunub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunazidd əməllər törətməkdə şübhəli bilinən daha 107 nəfər tutulub. Hazırda bütün faktlar üzrə zəruri araşdırmalar və istintaq hərəkətləri davam etdirilir.