Avropa Parlamenti ABŞ ilə ticarət müqaviləsi üzrə səsverməni təxirə salıb.
Postxronika.az xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın Ali Məhkəmənin əvvəlki qlobal tarifləri ləğv etməsindən sonra yeni — 15%-lik ümumi idxal rüsumu tətbiq etməsi barədə qərarıdır. Bununla da Avropa İttifaqı qanunvericiləri müqavilə ilə bağlı səsverməni artıq ikinci dəfədir ki, təxirə salmalı olurlar. Avropa Parlamentinin Ticarət komitəsinin sədri Bernd Lanqe Amerika administrasiyasının addımlarını "tarif xaosu" adlandıraraq, Vaşinqtondan aydın öhdəliklər alınana qədər qanunvericilik işlərinin dayandırılmasını təklif edib. Qeyd edək ki, bundan əvvəl də Trampın Qrenlandiyanı almaq tələbi və əlavə tarif təhdidləri tərəflər arasında etimadı sarsıdaraq prosesin ləngiməsinə səbəb olub.