Fevralın 23-də polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərinə məlumat vermədən evi tərk edən və itkin kimi axtarılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Postxronika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata əsasən xəbər verir ki, həmin gün davam etdirilən əməliyyatlar zamanı dələduzluq əməllərinə görə axtarışda olan daha 9 nəfər saxlanılaraq istintaq orqanlarına təqdim edilib.