"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik "Everton" üzərində 1:0 hesablı qələbədən sonra komandasının qapıçısı Senne Lammensın çıxışı barədə fikirlərini bölüşdü.
Postxronika.az xəbər verir ki, ingiltərəli mütəxəssis BBC-yə açıqlamasında gənc qolkiperi sabiq komanda yoldaşı Edvin van der Sarla müqayisə etməyin tez olduğunu, lakin onların arasında müəyyən oxşarlıqların diqqət çəkdiyini etiraf etdi. Çalışdırıcının sözlərinə görə, əsl qapıçı arxada xaos yaratmaq əvəzinə, etibarlı oyunu ilə vəziyyəti sakitləşdirməyi bacarmalıdır və Lammens məhz belə xüsusiyyətlərə sahibdir. O, istedadlı idmançının sakit və təvazökar təbiətinin arxasında əsl polad iradənin dayandığını vurğulayaraq, bu təmkinin meydandakı digər futbolçulara da böyük dəstək olduğunu qeyd etdi.