Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ-ın Parisdəki səfiri Çarlz Kuşnerin diplomatik vəzifələrini tam icra etməsinə məhdudiyyət qoyulduğunu açıqlayıb.

Postxronika.az xəbər verir ki, buna səbəb amerikalı diplomatın ifrat sağçı fəalın ölümü ilə bağlı yaranmış qalmaqala görə Xarici İşlər Nazirliyinin çağırışına məhəl qoymamasıdır. Qərara əsasən, səfir diplomatik adətlərə göstərdiyi bu hörmətsizliyə izahat verənə qədər onun Fransa hökumətinin rəsmiləri ilə birbaşa təmasına icazə verilməyəcək.

Qeyd edək ki, Kuşner ABŞ səfirliyinin sağçı fəalın qətli ilə bağlı Dövlət Departamentinin mövqeyini paylaşmasından sonra nazirliyə çağırılmışdı. Lakin o, şəxsi öhdəliklərini səbəb gətirərək görüşə qatılmaqdan imtina edib və əvəzinə öz nümayəndəsini göndərib. Rəsmi Paris xarici ölkələrin daxili proseslərə müdaxiləsini qəbuledilməz adlandırsa da, mövcud insidentin ikitərəfli əlaqələrə ciddi zərər vurmayacağını vurğulayıb.