"Fiorentina"nın baş məşqçisi Paolo Vanoli İtaliya A Seriyasının 26-cı turunda "Pisa"ya qalib gəldikləri oyunu dəyərləndirdi. Mütəxəssis bu nəticənin hər zaman komandaya dəstək olan azarkeşlər üçün çox ehtiyac duyulan bir qələbə olduğunu vurğuladı.

Postxronika.az "FiorentinaNews" nəşrinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı meydanda taktiki dizilişdən daha çox mentalitetin önəm daşıdığını bildirdi.

O, çətin anlarda vəziyyəti idarə edəcək liderin çatışmazlığına baxmayaraq, futbolçuların mütəşəkkil dözüm nümayiş etdirdiyini qeyd etdi. Dəyişiklikləri oyunçulara psixoloji təkan vermək məqsədilə etdiyini söyləyən Vanoli, kollektivin "təmiz havaya" ehtiyacı olduğunu sözlərinə əlavə edib. Qeyd edək ki, "bənövşəyilər" bu qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıraraq təhlükəli zonadan uzaqlaşdı və turnir cədvəlində 17-ci pilləyə yüksəldi.