Almaniyalı mütəxəssis Hans-Diter Flik "Barselona" futbolçuları üçün gecikməyə görə yüksək məbləğdə cərimələr müəyyənləşdirib.
Postxronika.az xəbər verir ki, bu barədə komandanın hücumçusu Ferran Torres son müsahibəsində məlumat verib. Yeni qaydalara əsasən, məşqlərə və ya ümumi toplanışlara vaxtında qatılmayan oyunçular ciddi maliyyə sanksiyaları ilə üzləşəcəklər. Xüsusilə, matç günlərində yubanma halı baş verərsə, futbolçuya tətbiq edilən cəza 40 min avro təşkil edəcək. Kataloniya klubundakı nisbətən sərbəst mühitə baxmayaraq, sərt intizamı ilə tanınan baş məşqçi öz tələbkar yanaşmasını qoruyub saxlayır. Xatırladaq ki, 2024-cü ilin yayından komandaya rəhbərlik edən və ötən mövsüm La Liqanın qalibi olan alman çalışdırıcının idarə etdiyi 99 matçda komanda 74 qələbə qazanıb.