Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su xəttində baş vermiş qəza operativ şəkildə aradan qaldırılıb.
Molla Vəli Vidadi küçəsində diametri 560 mm olan magistral su xəttində nasazlıq yaranan kimi müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb olunub. postxronika.az-ın məlumatına görə, su xəttində ilkin olaraq qaynaq işləri aparılıb və qəzanın nəticələri tam aradan qaldırılıb.
Hazırda ərazidə bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və sakinlərin su təchizatı bərpa edilib.
Qeyd edək ki, bəzi ərazilərdə sakinlərin öz təşəbbüsü ilə çəkdiyi primitiv su xətləri standartlara cavab vermədiyi üçün sistemdə hidravlik rejimin tam bərpası müəyyən qədər vaxt tələb edir.