Aktyor Mettyu Lillard rejissor Quentin Tarantino tərəfindən səsləndirilən sərt fikirlərin ona emosional təsir etdiyini bildirib. Rejissor dekabr ayında ''The Bret Easton Ellis Podcast'' proqramında bəzi aktyorların oyununu bəyənmədiyini deyərkən Lillardın da adını çəkmişdi. Aktyor isə son müsahibəsində bunu “sanki ölüb özün haqqında deyilənləri eşitmək” hissi ilə müqayisə edib. O qeyd edib ki, qalmaqaldan sonra həm pərəstişkarlarından, həm də sənayedəki həmkarlarından böyük dəstək görüb. Onu müdafiə edənlər arasında Corc Klooni, Ceyms Qann və Mayk Flenaqan kimi tanınmış simalar da olub. Lillard əlavə edib ki, Tarantinonun yaradıcılığına hörmətlə yanaşır və onun filmində çəkilmək istərdi, lakin bu sözlər onu incitdiyini gizlətməyib. Aktyor hazırda yeni layihələr üzərində işləyir və yaxın zamanda ''Scream 7'' filmində yenidən ekranlara qayıdacaq.


Postxronika.az xəbər verir ki, Lillard qalmaqaldan sonra gördüyü dəstəyin onun sənayedə nə qədər qiymətləndirildiyini göstərdiyini bildirib. O, ictimai reaksiyanın gözlədiyindən daha güclü olduğunu və insanların yaradıcılığına verdiyi dəyəri açıq ifadə etdiyini vurğulayıb. Aktyorun sözlərinə görə, sərt tənqidlər bəzən ağır təsir bağışlasa da, bu hadisə onun peşəkar nüfuzunun fərqinə varmasına səbəb olub. Lillard hesab edir ki, kino mühitində hörmət və qarşılıqlı münasibətlər hər şeydən vacibdir. O, gələcəkdə də tamaşaçıların sevgisini doğruldacaq layihələrdə iştirak etməyə çalışacağını deyib. Hadisə Hollivudda aktyorların açıq tənqidinə münasibət mövzusunu yenidən gündəmə gətirib.