"Paris Sen-Jermen" klubunun müdafiəçisi Əşrəf Hakimi məhkəmə qarşısına çıxacağı barədə paylaşım edib.
Postxronika.az xəbər verir ki, 24 yaşlı bir qadın, Əşrəf Hakiminin ona 2023-cü ildə Parisdəki evində təcavüz etməkdə ittiham edib. Futbolçu "həqiqətin ictimaiyyətə açıqlanmasını və məhkəmənin qərarını sakitcə gözlədiyi" barədə paylaşım edib.