Liverpul təmsilçisi doğma meydanda qələbə həsrətini yeddi matça çatdıraraq azarkeşlərini növbəti dəfə məyus edib. Premyer Liqanın 27-ci turunun bağlanış oyununda Mançester Yunayted kollektivinə məğlub olan komanda, dekabrın əvvəlindən bəri evdə üç xala həsrət qalıb.

Postxronika.az xəbər verir ki, hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan "toffilər" aktivindəki 37 xalla kifayətlənməli olublar. Son yeddi qarşılaşmada cəmi iki heç-heçə edən Mersisayd klubu, növbəti turda Nyukasl səfərinə yollanacaq. "Qudison Park"dakı uğursuz seriyanı qıra bilməyən ev sahibləri üçün gələcək turlar daha kritik xarakter daşıyır.