Paytaxtın Qaradağ rayonunda hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Postxronika.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş 30 yaşlı Sumqayıt şəhər sakini Arzuman Əhmədov saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə hesab edilən marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki, A.Əhmədov şəxsiyyəti hazırda araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girib. O, əldə etdiyi narkotik vasitələri paytaxtın müxtəlif ünvanlarında gizlətməyi planlaşdırıb.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.