Türkiyənin Balıkesir şəhərində Reaktiv Baza Komandanlığına məxsus F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Postxronika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin pilotu, mayor İbrahim Bolat şəhid olub.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, gecə saat 00:56 radələrində təyyarə ilə rabitə kəsilib və dərhal başladılan axtarış-xilasetmə tədbirləri nəticəsində qırıcının qalıqları İzmir-İstanbul magistral yolunun yaxınlığında aşkar edilib. Faktla bağlı Balıkesir Cümhuriyyət Baş Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırma başladılıb.