Yevlax rayonunda kafedə partlayış hadisəsi baş verib.

Postxronika.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.

Bildirilir ki, kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan kafe sahibi, Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və komaya düşüb. O, Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.