28 fevral – 1 mart tarixlərində İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək. 

Postxronika.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Milli komandamıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Turnirdə 23 ölkədən 532 idmançı mübarizə aparacaq. 

Heyətdə 52 kq çəkidə Çinarə Sadıqova, Fəridə Mirzəyeva, Aysun Məmmədova,  Nuranə Hacızadə, 57 kq çəkidə Vüsalə Hacıyeva və 63 kq çəkidə Nilgün Rzayeva yer alıblar.