Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yerli jurnalistlərə açıqlamasında Azərbaycan yanacağının ölkə bazarındakı vəziyyəti barədə diqqətçəkən məlumatlar verib.

Postxronika.az xəbər verir ki, nazir Azərbaycan benzininin çox qısa müddətdə satılıb qurtardığını bildirib.

​“Azərbaycan benzini Ermənistanda çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez satılır. Bu yanacaq bitdikdə isə Ermənistanda benzinin qiyməti dərhal qalxır”​, - deyə Papoyan qeyd edib.

​Xatırladaq ki, bu gün Azərbaycan Ermənistana daha 4 500 ton dizel yanacağı göndərib. Bu addımlar iki ölkə arasında iqtisadi-logistik əlaqələrin bərpası fonunda diqqət mərkəzindədir.