Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisinin dərinliklərinə 1400 km məsafədə yeni “Flamingo” raketləri ilə dəqiq zərbələr endirildiyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısı bu raketlərin istehsal sayının ayrılan maliyyə və komponent təminatından asılı olaraq artırılacağını bildirib.

​Zelenski zərbələrin effektivliyi barədə ​bəzi raketlərin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilsə də, əksəriyyətinin hədəfləri dəqiq vurduğunu və buraxılan bütün raketlərin təyinat zonasına çatdığını qeyd edib.