İran prezidenti Məsud Pezeşkian ölkədə genişlənən tələbə etirazları fonunda hökumətin dialoqa açıq olduğunu bəyan edib.
Postxronika.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında çıxış edən prezident etirazları sosial həyatın dinamizminin göstəricisi kimi qiymətləndirib.
Prezident Administrasiyasının məlumatına görə, Pezeşkian rəsmi şəxsləri universitetlərə gedərək gənclərlə birbaşa ünsiyyət qurmağa çağırıb:
“Bizim məsuliyyətimiz etirazçıları dinləmək və onların problem və çətinliklərini həll etmək üçün tədbirlər görməkdir”.
Son günlər İran universitetlərində artan narazılıqlar fonunda verilən bu bəyanat rəsmi Tehranın gərginliyi azaltmaq üçün yumşalma addımı kimi xarakterizə olunur.