Fevralın 26-sı Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət ediblər.
Postxronika.az bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən abidə önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirilib.


