Prezident Rəcəb Tayyib Ərdoğan "Qalatasaray" Futbol Komandasını UEFA Çempionlar Liqasında "Yuventus" u məğlub edərək 1/8 finala yüksəldiyinə görə təbrik edib.

"Barış Alper, 53 nömrəli forma ilə vəzifəni yerinə yetirdin" , - deyə prezident bildirib.

Postxronika.az xəbər verir ki, Prezident Ərdoğan İtaliyanın Turin şəhərindəki Allianz Stadionunda "Yuventus"la oyundan sonra komanda ilə telefonla danışıb. Gənclər və İdman naziri Osman Aşkın Bak oyundan sonra soyunma otağında komanda ilə görüşüb, oyunçuları və texniki heyəti təbrik edib.