Norveçin "Budyo-Qlimt" komandası 2025/2026 mövsümü üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində İtaliyanın "İnter" klubunu iki oyunun nəticəsinə əsasən 5:2 (3:1, 2:1) hesabı ilə məğlubiyyətə uğradıb.

Postxronika.az xəbər verir ki, bu qələbə sayəsində skandinaviyalılar XXI əsrdə qitənin ən nüfuzlu turnirində "böyük beşlik" çempionatlarından kənarda qalan kollektivlər arasında unikal nailiyyətə imza atıblar. Belə ki, komanda aparıcı liqaları təmsil edən rəqiblərinə qarşı ardıcıl dörd görüşdə qələbə qazanan ilk klub kimi adını tarixə yazdırıb. "Opta Sport" portalının məlumatına əsasən, analoji uğuru sonuncu dəfə 1971/1972 mövsümündə kuboku qazanan Niderlandın "Ayaks" komandası əldə etmişdi. Qeyd edək ki, Milan təmsilçisini üstələməzdən əvvəl norveçlilər ümumi mərhələnin son turlarında "Mançester Siti" (3:1) və "Atletiko" (2:1) klublarını da xalsız qoymuşdular.