Filmin Los Angeles şəhərində keçirilən premyerası zamanı onlarla fələstinyönlü etirazçı yürüş təşkil edib. Aksiya iştirakçıları Fələstin bayraqları qaldıraraq müxtəlif şüarlar səsləndirib və filmi boykot etməyə çağırıblar. Tədbir ''Paramount Studios'' ərazisində baş tutsa da, etiraz səsləri qırmızı xalça zonasına yalnız zəif şəkildə çatıb. Premyerada aktyorlar, o cümlədən Neve Campbell və Kortni Koks fotoqraflara poz veriblər. Filmin rejissoru Kevin Uilliamson etirazları gördüyünü və insanların fikirlərini ifadə etmək hüququnun vacib olduğunu bildirib. Onun sözlərinə görə, hər kəsin etiraz etmək və eşidilmək haqqı var və bu hüquqa hörmətlə yanaşılmalıdır.

Postxronika.az xəbər verir ki, aksiya ''Entertainment Labor for Palestine'', ''CODEPINK LA'' və ''Jewish Voice for Peace-Los Angeles'' tərəfindən təşkil olunub. Bildirilir ki, etirazın səbəblərindən biri aktrisa Melissa Barreranın sosial mediada Fələstinə dəstək ifadələrindən sonra layihədən uzaqlaşdırılması olub. Filmin istehsalçısı ''Spyglass Media Group'' isə daha əvvəl açıqlamasında nifrət və ayrı-seçkiliyə qarşı sıfır tolerantlıq mövqeyini vurğulamışdı. Etirazçılar tamaşaçıları ekran işini dəstəkləməməyə çağıraraq boykot kampaniyasına diqqət çəkməyə çalışıblar. Məsələ ilə bağlı ''Paramount'' və digər tərəflərdən rəsmi reaksiya alınmadığı bildirilib. Məlumat ilk olaraq ''The Hollywood Reporter''  yayıb.