Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alan tələbələrin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs ələ keçib.
Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, qanunazidd əməllərə yol verən şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən həyata keçirilən xüsusi tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir. Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.