Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək təhdidlərinə qarşı nümayiş etdirdiyi qətiyyətli mövqedən sonra artan reytinqini dəyərləndirərək, martın 24-nə erkən parlament seçkiləri təyin edib.

Postxronika.az xəbər verir ki, hökumət rəhbəri bu səsvermənin həm ölkəsinin, həm də Avropanın gələcəyi üçün həlledici rol oynayacağını bildirib. Siyasətçi vurğulayıb ki, yaranmış mürəkkəb vəziyyətdə rəsmi Kopenhagen ən yaxın müttəfiqi olan Birləşmiş Ştatlarla münasibətlərə yenidən baxmalı və qitədə sülhü təmin etmək üçün öz müdafiə qabiliyyətini gücləndirməlidir. Son rəy sorğuları da təsdiqləyir ki, xarici siyasətdəki bu uğurlu gediş ötən ilin sonlarındakı yerli seçkilərdə ciddi səs itirən Sosial Demokratlar Partiyasının cəmiyyətdəki nüfuzunu əhəmiyyətli dərəcədə bərpa edib.