ABŞ Nümayəndələr Palatasındakı demokratlar Prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq etmək hüququnu məhdudlaşdıran yeni qanun layihəsi irəli sürmək niyyətindədirlər.
Postxronika.az "Politico" nəşrinə istinadən xəbər verir ki, azlıq lideri Hakim Ceffris və onun tərəfdarları bu təşəbbüsün gələn həftə nəzərdən keçirilməsini planlaşdırırlar. Vaşinqton administrasiyasının Tehrana yönəlik artan təzyiqləri fonunda qanunvericilər arasında müzakirələrin olduqca kəskin keçəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, fevralın 26-da demokrat partiyasının təmsilçiləri dövlət başçısını parlamenti və cəmiyyəti mövcud situasiya barədə məlumatlandırmamaqda qınayıblar. Onların bəyanatına görə, lazımi hesabatlılığın olmaması Birləşmiş Ştatları təhlükəli bir müharibənin astanasına gətirib çıxarır.