İsveç silahlı qüvvələri Malmö limanında lövbər salmış Fransaya məxsus, nüvə enerjisi ilə işləyən "Şarl de Qoll" təyyarədaşıyan gəmisinə doğru istiqamət alan pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Postxronika.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı Fransa Silahlı Qüvvələri Komandanlığına istinadən məlumat yayıb. İsveç müdafiə naziri Pol Consonun sözlərinə görə, insident baş verən zaman ərazinin yaxınlığında Rusiya hərbi gəmisi qeydə alınıb. Nazir qeyd edib ki, yaranmış vəziyyət fonunda zərərsizləşdirilən cihazın məhz Rusiya tərəfindən buraxıldığı ehtimal edilir.