Bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında 2025/2026 mövsümü üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbir nəticəsində qitənin ən nüfuzlu klub turnirinin pley-off cütlükləri tam müəyyənləşib.

Postxronika.az xəbər verir ki, maraqla gözlənilən püşkün nəticələrinə əsasən, PSJ "Çelsi", "Qalatasaray" "Liverpul", "Real" isə "Mançester Siti" ilə qarşılaşacaq. Digər duellərdə "Atalanta" "Bavariya"nı, "Nyukasl" "Barselona"nı, "Atletiko" "Tottenhem"i, "Budyo-Qlimt" "Sportinq"i və "Bayer" "Arsenal"ı sınağa çəkəcək.

Qeyd edək ki, bu mərhələnin ilk görüşləri 10-11 mart, həlledici cavab matçları isə 17-18 mart tarixlərində oynanılacaq. Turnirin final qarşılaşmasının 30 may 2026-cı ildə Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da təşkili planlaşdırılır.