Şənbə günü Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı son onilliklərin ən şiddətli hərbi hücumuna başlayıb. Həyata keçirilən müştərək əməliyyat zamanı İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin öldürüldüyü elan edilib.

Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, yüksək vəzifəli Təl-Əviv rəsmisi dini liderin cəsədinin tapıldığını təsdiqləyib. Rəsmi Tehran bu müdaxiləni qanunsuz adlandıraraq İsrailə, eləcə də Amerikanın hərbi bazalarının yerləşdiyi Körfəz dövlətləri daxil olmaqla ümumilikdə yeddi ölkəyə raket atəşi ilə cavab verib. Öz növbəsində, ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatın əsas məqsədinin uzun illərdir davam edən təhlükəni aradan qaldırmaq və qarşı tərəfin nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu vurğulayıb. Ağ Ev rəhbəri, həmçinin yerli təhlükəsizlik qüvvələrini silahı yerə qoymağa, xalqı isə bombardmanlar bitdikdən sonra mövcud hakimiyyəti devirməyə çağırıb.