"Mançester Siti" liqanın 28-ci həftəsində səfərdə "Lids Yunayted"i məğlub etdi. Müsəlman oyunçuların iftar açması üçün matçın 13-cü dəqiqəsində qısa fasilə verildi.

Postxronika.az xəbər verir ki, Premyer Liqa rəhbərliyi tərəfindən tətbiq edilən bu fasilə zamanı "Lids Yunayted" tribunalarından fit və fitə basma səsləri eşidildi.

"Mançester Yunayted"in təcrübəli meneceri Qvardiola matçdan sonra keçirilən mətbuat konfransında dedi: "Biz müasir dünyada yaşayırıq, elə deyilmi? Baxın, bu gün dünyada nələr baş verir. Dinlərə hörmət edin, müxtəlifliyə hörmət edin, məsələ budur. Bu bir qaydadır, biz demədik, Premyer Liqa dedi. "Oruc üçün bir və ya iki dəqiqəlik fasilə verə bilərsiniz, bunu oyunçular üçün edin."