ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən əməliyyatın təxminən dörd həftə və ya daha qısa müddətdə başa çatacağını açıqlayıb. 

Postxronika.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsində danışıb. 

Tramp prosesin bütün mürəkkəbliyinə baxmayaraq, əvvəldən dörd həftəlik bir plan kimi hesablandığını və əməliyyatın müəyyən edilən vaxt çərçivəsində yekunlaşacağını vurğulayıb.