Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Xırdalan şəhərində yerləşən Agentliyin “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC-də və cəmiyyətin tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.

Postxronika.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

“Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr və laboratoriyada aparılan sınaqlar barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, İdarə Heyətinin sədri Vüsal Nəsirli cəmiyyətin fəaliyyətinin müasir standartlara uyğun təşkili, elmi-texniki potensialın gücləndirilməsi və iş prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.