Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalardan İrana qarşı zərbələr endirmək üçün istifadəsinə icazə verildiyini açıqlayıb.

​Postxronika.az xəbər verir ki, rəsmi London bununla yanaşı, iran istehsalı olan “Shahed-136” dronlarının zərərsizləşdirilməsi prosesinə ukraynalı mütəxəssislərin cəlb edilməsini planlaşdırır. Hökumət başçısı pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması üçün Kiyevdən olan peşəkarların təcrübəsindən yararlanmağın strateji əhəmiyyət daşıdığını vurğulayıb.