ABŞ-nin Yaxın Şərqdəki hərbi resurslarının sürətlə tükəndiyi və Vaşinqtonun bu ehtiyatları operativ şəkildə bərpa edə bilmədiyi bildirilir. Bu vəziyyət Vaşinqtonu İrana qarşı başladığı hərbi əməliyyatları raket anbarları boşalmamış başa çatdırmağa vadar edir.
Postxronika.az "The Wall Street Journal"a istinadən məlumat verir ki, ABŞ rəsmilərinin Tehranın raket və pilotsuz uçuş aparatları potensialını qısa müddətdə məhv etməyə çalışdığı vurğulanır. Komandanlıq vaxt amilini nəzərə alaraq, müdafiə imkanlarının tükənmə riski qarşısında hərbi fəaliyyətlərini sürətləndirib.