İsrailin Tehrana endirdiyi hava zərbələri nəticəsində İranın ali rəhbəri Ayətullah Xameneyinin və oğlu Müctəba Xameneyinin həlak olduğu bildirilir. Bu barədə məlumatı müxalif "Manoto" kanalı yayıb.

​Postxronika.az xəbər verir ki, Müctəba Xameneyi İslam Respublikasının ən mübahisəli fiqurlarından biri hesab olunurdu. Atasının administrasiyasında geniş təsir dairəsinə malik olan və SEPAH-ın Kəşfiyyat Təşkilatı ilə sıx əməkdaşlığı ilə seçilən Müctəba, son illərdə ali liderin potensial varisi kimi qəbul edilirdi.