ABŞ prezidenti Donald Tramp İranın yeni ali rəhbərliyi postu üçün üç namizədin olduğunu, lakin onların adlarını əməliyyat başa çatana qədər açıqlamayacağını bildirib. Onun sözlərinə görə, İranın hərbi rəhbərliyi artıq məhv edilib və ölkədəki bəzi nümayəndələr immunitet müqabilində ABŞ-yə müraciət edirlər.
Postxronika.az xəbər verir ki, Tramp hərbi əməliyyatların qarşıya qoyulan bütün hədəflərə çatana qədər davam edəcəyi barədə xəbərdarlıq edib. Prezident həmçinin İranın yeni rəhbərliyinin praqmatik tərəfdaş kimi çıxış edəcəyi təqdirdə sanksiyaların ləğv edilməsinə hazır olduğunu vurğulayıb.