İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani rəsmi Tehranın Vaşinqtonla danışıqlar masasına oturacağı barədə yayılan məlumatları qətiyyətlə təkzib edib. O, "The Wall Street Journal" qəzetinin Oman Sultanlığının vasitəçiliyi ilə danışıqların bərpası barədə dərc etdiyi iddiaları həqiqəti əks etdirməyən şayiələr kimi qiymətləndirib.
Postxronika.az xəbər verir ki, Laricani bu barədə "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edərək mövqelərinin dəyişməz olduğunu vurğulayıb. Ali rəsmisi "Biz ABŞ ilə heç bir təmas qurmayacağıq" bəyanatı ilə rəsmi Tehranın hazırkı gərginlik fonunda diplomatik dialoqa hazır olmadığını bir daha təsdiqləyib.