Bu il mükafat mövsümünün əsas favoriti sayılan ''One Battle After Another'' bir çox böyük mərasimlərdə qalib gəlsə də, aktyorların seçimi ilə verilən mükafatda vəziyyət dəyişdi. ''Sinners'' ən yaxşı aktyor ansamblı mükafatını qazanaraq diqqət mərkəzinə düşdü və əsas mükafat uğrunda mübarizənin hələ bitmədiyini göstərdi. Filmin rejissoru Rayn Kuuqr, baş rol ifaçısı Maykl B. Cordan isə ən yaxşı aktyor seçildi. Bu nəticə uzun müddət favori sayılan Timoti Şalame üçün gözlənilməz zərbə kimi qiymətləndirildi. Beləliklə, builki ''Oscar'' yarışında balans yenidən dəyişmiş hesab olunur.
Postxronika.az xəbər verir ki, xarici mediaya istinadən, aktyorların həmkarlar ittifaqı ''SAG-AFTRA'' ilə ''Academy of Motion Picture Arts and Sciences'' üzvlərinin seçim meyarları fərqli olduğundan bu cür sürprizlər tez-tez baş verir. Buna baxmayaraq, tarixən bir çox gözlənilməz “Ən yaxşı film” üzrə ''Oscar'' qalibi əvvəlcə aktyor ansamblı mükafatını qazanıb. Mütəxəssislər hesab edir ki, Sinners geniş tamaşaçı dəstəyi və üstünlük səsverməsi sistemi sayəsində həlledici mərhələdə rəqibini geridə qoya bilər. Eyni zamanda ''Marty Supreme'' filmindəki roluna görə namizəd olan Timoti Şalame hələ də ''Oscar'' favoritlərindən biri sayılsa da, onun filminin digər kateqoriyalarda zəif görünməsi şanslarını azalda bilər. Əksinə, 'Maykl B. Cordan iki obrazı canlandırdığı performansla geniş rəğbət qazanıb və səsvermə dövründə əldə etdiyi qələbə Akademiya üzvlərinə ciddi siqnal kimi dəyərləndirilir. Analitiklər hesab edir ki, yekun nəticə mükafat mövsümünün ən gərgin finallarından birinə çevrilə bilər.