''Writers Guild of America West'' daxili əmək mübahisəsi səbəbindən 2026-cı il mükafat mərasimini ləğv etdiyini açıqlayıb. Qərar martın 8-də keçirilməsi planlaşdırılan Los-Anceles tədbirinə aiddir və təşkilatın işçi heyətinin tətilə çıxması ilə bağlıdır. Birliyin prezidenti Mişel Mulroney iştirakçılara göndərdiyi məktubda bildirib ki, namizədlər üçün alternativ tədbir daha sonra təşkil olunacaq. O, həmçinin qeyd edib ki, təşkilat rəhbərliyi heç kəsi piket xəttini keçərək mərasimə qatılmağa məcbur etmək istəmir. Tətil edən əməkdaşları ''Pacific Northwest Staff Union'' təmsil edir və tərəflər arasında müqavilə danışıqları davam edir.
Postxronika.az xəbər verir ki, xarici mediaya istinadən, mərasim JW Marriott L.A. LIVE məkanında keçirilməli və aparıcısı Atsuko Okatsuka olmalı idi. Eyni zamanda Los-Angeles tədbirinin onlayn yayımlanması planlaşdırılırdı. Buna baxmayaraq, paralel şəkildə keçiriləcək şərq sahili mərasimi ləğv edilməyib. ''Writers Guild of America East'' tərəfindən təşkil olunan tədbir Nyu York şəhərində baş tutacaq və ''United Steelworkers'' ilə əlaqəli heyət tətilə qoşulmadığı üçün plan dəyişməyib.