Fars körfəzində yerləşən ərəb dövlətləri ehtimal olunan İran təhlükəsindən müdafiə olunmaq məqsədilə rəsmi Romaya müraciət edərək müasir hava hücumundan müdafiə (HHM) vasitələri tələb ediblər.
Postxronika.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto ölkə parlamentinin komitə iclasındakı çıxışı zamanı məlumat verib. Hərbi idarə rəhbərinin sözlərinə görə, region ölkələri Tehranın mümkün zərbələrinin qarşısını almaq üçün İtaliyadan xüsusilə "SAMP/T" zenit-raket sistemlərini tədarük etməkdə maraqlıdırlar.