Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər davam edən müharibənin qısa müddətdə dayandırılması məqsədilə ABŞ Prezidenti Donald Trampa rəsmi müraciət etməyə hazırlaşır. Regionda vəziyyətin gərginləşməsi fonunda bu iki ərəb dövlətinin hərbi ehtiyatlarında ciddi qıtlıq yarandığı bildirilir.
Postxronika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Nəşrin mənbələrinə görə, hazırda BƏƏ-nin cəmi bir həftəlik, Qətərin isə cəmi dörd günlük Hava Hücumundan Müdafiə (HHM) resursu qalıb. Vəziyyətin bu qədər kritik həddə çatması rəsmi Əbu-Dabi və Dohanı təcili addımlar atmağa, xüsusən də Vaşinqtonun təsir gücünə müraciət etməyə vadar edir.