Martın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

PostXronika.az Milli Hidrometeorologiya Xidmətindən aldığı məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. 

Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.