Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Postxronika.az xəbər verir ki, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 31 yaşlı Vüqar Fərzəli və 37 yaşlı Rəşad Abasov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə — həşiş və marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.