Uitkof: İran 10-dan çox nüvə bombası istehsal edə bilər.
Postxronika.az xəbər verir ki, dünən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof “Fox News” telekanalına müsahibəsində İranın nüvə proqramı ilə bağlı diqqətçəkən açıqlama verib.
O, bildirib ki, ilk danışıqlarda hər iki İran nümayəndəsi birbaşa və açıq şəkildə 460 kiloqram uranın 60%-ə qədər zənginləşdirildiyini və bunun 11 nüvə bombası istehsalına kifayət edə biləcəyini söyləyiblər.
Uitkof qeyd edib ki, İran nümayəndələri bununla fəxr etdiklərini gizlətməyiblər və bu məlumat danışıqların başlanğıc mövqeyi kimi təqdim olunub.
Xüsusi nümayəndənin sözlərinə görə, İran bu səviyyəyə çatmaq üçün bir sıra nəzarət protokollarından yayınıb və buna görə öz nailiyyətlərini önə çəkərək fəxr edir.