Amerikalı aktyor Brus Kampbell xərçəng xəstəsi olduğunu açıqlayıb. Sənətçi xəstəliyin “müalicə oluna bilən, lakin tam sağalmayan” növ olduğunu bildirib. 67 yaşlı aktyor sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu xəbərin özü üçün də gözlənilməz olduğunu etiraf edib.
Postxronika.az xəbər verir ki, Kampbell səhhəti ilə bağlı ətraflı məlumat vermək istəmədiyini vurğulayıb və müalicə prosesinə görə peşə fəaliyyətində müəyyən dəyişikliklərin ediləcəyini qeyd edib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə ictimai tədbirlər, fan görüşləri və digər işlər müalicə səbəbilə ikinci plana keçəcək. Aktyor yay aylarında sağlamlığını mümkün qədər bərpa etməyi və payızda yeni filmi ilə bağlı planlaşdırılan turda iştirak etməyi hədəflədiyini deyib.
O, həmçinin yalnış məlumatların yayılmasının qarşısını almaq üçün bu açıqlamanı etdiyini bildirib və pərəstişkarlarından xüsusi rəğbət və ya məsləhət gözləmədiyini vurğulayıb.
Qeyd edək ki, Campbell geniş tamaşaçı auditoriyasına əsasən ''The Evil Dead'' filmi və onun davam layihələri ilə tanınıb.
O, daha sonra “Ash” obrazını “Ash vs Evil Dead” serialında da canlandırıb. Aktyor eyni zamanda ''Spider-Man'' trilogiyasında epizodik rollarla çıxış edib və 2002-ci ildə ekranlara çıxan ''Bubba Ho-tep'' filmində baş rolu ifa edib.