''Sonic the Hedgehog 4'' filminin istehsal mərhələsinə start verilib. Layihənin rejissoru Ceff Fouler sosial şəbəkədə paylaşım edərək çəkilişlərin başladığını açıqlayıb. O, paylaşımında franşizanın çəhrayı qəhrəmanı Emi Rouz ilə əlaqələndirilən çəkici tutduğu fotonu yayımlayıb və “Ready 4 Action” sözlərini yazıb. Bildirilir ki, Emi Rouz obrazını Kristen Bell səsləndirəcək.


Postxronika.az xəbər verir ki, ''Paramount Pictures'' istehsalı olan ekran işi 19 mart 2027-ci ildə kinoteatrlarda nümayiş olunacaq, franşizaya aid adı açıqlanmayan daha bir film isə 2028-ci ilin sonlarında təqdim ediləcək. “Sonic” seriyasında baş qəhrəmanı Ben Şvartz səsləndirir, Knuckles obrazına isə Idris Elba həyat verir. Canlı aktyor heyətində Cim Kerri, Ceyms Marsden və Tika Sumpter yer alır. Prodüserlər Neal H. Moritz, Toby Ascher və Toru Nakahara dördüncü hissədə də fəaliyyətlərini davam etdirirlər.


2024-cü ildə nümayiş olunan ''Sonic the Hedgehog 3'' qlobal prokatda 490 milyon dollardan çox gəlir əldə edib. Film həmçinin ''Paramount+'' platformasında yayımlanan “Knuckles” serialının ərsəyə gəlməsinə zəmin yaradıb. Franşiza ilk dəfə 2020-ci ilin fevralında təqdim olunmuşdu və indiyədək yüksək kommersiya uğuru qazanıb.