İranın keçmiş ali rəhbəri Əli Xameneyinin oğlu Müctəba Xamenei sağ olması iddia edilir.
Postxronika.az xəbər verir ki, bununla bağlı, “Mehr News” agentliyi məlumat yayıb.
56 yaşlı Müctəba Xamenei ilə bağlı paylaşılan açıqlamada yazılıb:
“İsrail mediasının yaydığı şayiələrə baxmayaraq, Müctəba Xamenei sağdır və hazırda mövcud vəziyyətlə bağlı problemlərlə məşğul olur. Eyni zamanda, ölkənin vacib məsələlərini müzakirə edərək nəzərdən keçirir”.
Xatırladaq ki, daha öncə Müctəba Xameneinin İsrailin hücumları zamanı öldürüldüyü açıqlanıb.