Daxili İşlər Nazirliyi tərəfindən martın 3-də ölkə ərazisində həyata keçirilən növbəti əməliyyat və axtarış tədbirlərinin nəticələri açıqlanıb.
Postxronika.az xəbər verir ki, ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanları tərk etdikləri üçün itkin düşmüş kimi axtarılan 8 nəfərin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək ailələrinə təhvil verilib.
Eyni zamanda, digər əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətlərinə görə axtarışda olan 14 nəfər tutulub.
Faktla bağlı araşdırma aparılır.