​Daxili İşlər Nazirliyi ölkə ərazisində ötən gün baş vermiş cinayətlərin və həyata keçirilmiş əməliyyat tədbirlərinin sutkalıq statistikasını açıqlayıb.

Postxronika.az xəbər verir ki, polis əməkdaşları tərəfindən martın 3-də qeydə alınan 68, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 23 hüquqpozmanın üstü açılıb.

​Keçirilən axtarış tədbirləri nəticəsində 143-ü borclu şəxs olmaqla, ümumilikdə 177 nəfər tutularaq aidiyyəti qurumlara təhvil verilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 31, qanunsuz silah-sursatın götürülməsi üzrə isə 22 fakt müəyyən edilib. Əməliyyatlar zamanı müxtəlif qanunsuzluqlar törətməkdə şübhəli bilinən daha 64 nəfər saxlanılıb.