İsrail və Amerika Birləşmiş Ştatları İran ərazisinə müştərək hava hücumlarını fasiləsiz olaraq həyata keçirir. Müttəfiq qüvvələr tərəfindən aparılan kütləvi bombardmanların əhatə dairəsi getdikcə genişlənməkdədir.
Postxronika.az xəbər verir ki, sonuncu hərbi əməliyyatlar zamanı Tehran, Təbriz, Bukan, Sənəndəc və Cavanrud şəhərləri əsas hədəf seçilib. Sözügedən yaşayış məntəqələrinə endirilən ağır zərbələr bölgədəki kritik vəziyyəti daha da gərginləşdirib.