Paytaxtın Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Postxronika.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə martın 3-ü axşam saatlarında Bibiheybət məscidinin qarşısında qeydə alınıb.
Məlumata görə, mərkəz istiqamətində gedən minik avtomobili ilə əks tərəfə — "Lökbatan" dairəsinə doğru hərəkət edən motosiklet toqquşub.
Bildirilir ki, çox vaxt ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri qaydalara əməl etsələr də, digər sürücülərin səhlənkar davranışı ağır nəticəli qəzalara səbəb olur.
Bu növ toqquşmaların əksəriyyəti ölüm və ciddi xəsarətlərlə yekunlaşdığı üçün sürücülərdən yollarda maksimum məsuliyyət və qaydalara ciddi riayət tələb olunur.